"Politico":

Rusiyaya məxsus 5 ədəd "S-400" sisteminin Hindistana verilməsi Co Bayden administrasiyasının Hind-Sakit okean strategiyası üçün ciddi bir sınaq olacaq .

Metbuat.az xəbər verir ki, bu fikri "Politico" jurnalının analitiki "Paul McLeary" paylaşıb. Mütəxəssisin sözlərinə görə, bu razılaşma Vaşinqtonda çoxdan narahatlıq yaradır, lakin planlaşdırılan tədarük ərəfəsində Ağ Ev bu vəziyyətdən çıxış yolu axtarmalı olacaq.

Hesabatda deyilir ki, əsas problem Amerikanın düşmənlərinə qarşı mübarizə qanunundadır. Bu qanun Rusiya ilə böyük silah müqaviləsi bağlayan ölkələrə qarşı tədbirləri nəzərdə tutur. Ancaq söhbət ABŞ -ın bölgədəki əsas müttəfiqi Hindistandan gedir və Vaşinqtonun Moskva ilə Yeni Dehli arasındakı razılaşmaya reaksiyası barədə öncədən bir fikir söyləmək çətin olardı.

Məlumat üçün bildirək ki, 2018-ci ildə Moskva və Yeni Dehli, dəyəri 5 milyard dollardan çox olan beş S-400 zenit-raket kompleksi tədarük etmək barədə razılığa gəliblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR