Azərbaycan yığmasının iki sərbəst güləşçisi Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında mübarizəyə qoşulub.

Metbuat.az xəbər verir ki, 70 kq çəkidə Turan Bayramov 1/8 finalda bəhreynli Adam Batırova qalib gəlib. O, 1/4 finalda da ABŞ idmançısı Ceyms Qrinidən üstün olub.

İdmançımız yarımfinalda polşalı Məhəmmədmurad Hacıyevlə qarşılaşacaq.

97 kq-da mübarizə aparan İslam İlyasov isə 1/8 finalda belaruslu Aleksandr Xuştinə uduzub. İlyasovun təsəlliverici görüşə qatılmaq şansı var.