Əfqanıstanda “Taliban” hakimiyyəti sakinlərə pasport verilməsi prosesini bərpa edib.
Metbuat.az xəbər verir ki, ilk mərhələdə 25 min nəfərə pasport verilib. Məlumata görə, hər gün insanlara 3 min pasport verilir. Bu sayın 6 minə çatdırılması planlaşdırılır.
Qeyd edək ki, “Taliban” hakimiyyəti ələ keçirəndən sonra sakinlərə pasport verilməsini dayandırmışdı.