Azərbaycanın U-21 yığması seçmə mərhələdə növbəti oyununu keçirəcək

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Metbuat.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda A qrupundakı 3-cü sınağında Finlandiya ilə üz-üzə gələcək.

Sumqayıtdakı "Kapital Bank Arena"da oynanılacaq qarşılaşma saat 20:30-da başlayacaq. Matçı Belarusdan olan FIFA referisi Viktor Şimusik idarə edəcək.

AVRO-2023ropa çempionatının seçmə mərhələsi

8 oktyabr

20:30. Azərbaycan – Finlandiya
Baş hakim: Viktor Şimusik (Belarus)
Sumqayıt. “Kapital Bank Arena”

Xal durumu: Norveç - 6, Xorvatiya - 6, Avstriya - 6 (3 oyuna), Finlandiya - 3, Azərbaycan - 0, Estoniya - 0 (3)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR