Natiq Məmmədlinin imza günü keçirilib -

VII Bakı Beynəlxalq Kitab Yarmarkası çərçivəsində yazıçı Natiq Məmmədlinin “Sev” romanının imza günü keçirilib.

Metbuat.az xəbər verir ki, imza gününə çoxsaylı kitabsevər qatılıb.

"Sev"in ədəbi məzmunundan söz açan yazar kitaba olan marağa və göstərilən diqqətə görə kitabsevərlərə təşəkkür edib.

Sonda, müəllif “Sev"i oxucular üçün imzalayıb.

Qeyd edək ki, “Sev” məhəbbət romanıdır. Əsər günahları yalnız bir-birini sevmək olan, iki fərqli dinə məxsus gəncin məhəbbətləri yolunda mübarizəsindən, hiss və həyəcanlarından bəhs edir. Müəllifin ayrı-ayrı vaxtlarda "Ləyaqət düsturu”, "Bekketə salam”, "Qəhrəmanım sənsən” kitabları işıq üzü görüb.

Xatırladaq ki, oktyabrın 6-dan 10-dək Bakı Ekspo Mərkəzində 7-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Kitab sərgi-yarmarkası dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR