Aparıcı Lalə Azərtaş yeni mövsümdə "Xəzər" TV-də yeni proqramla efirdə olacaq.
Metbuat.az xəbər verir ki, "Təsir dairəsi" adlı veriliş müxtəlif insan talelərindən bəhs edəcək.
Veriliş həftəiçi hər gün, saat 16:00-da başlayacaq.
Qeyd edək ki, o, bir müddət əvvəl "Xəzər TV"də "Birinci studiya" proqramına aparıcılıq edirdi.