Çexiya Respublikasının Prezidenti Miloş Zeman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Sizə və ölkənizin vətəndaşlarına səmimi təbriklərimi çatdırıram.
Azərbaycan Respublikası və Çexiya Respublikası arasında ikitərəfli münasibətlərin dinamik inkişafından şadam və bu müsbət tendensiyanın cari ilin sentyabr ayında mənim Bakıya rəsmi səfərimlə təsdiq olunacağına ümid edirəm.
Zati-aliləri, məsuliyyətli işinizdə Sizə müvəffəqiyyətlər diləyir və Azərbaycan xalqına əmin-amanlıq və rifah arzulayıram".
X X X
Maldiv Respublikasının Prezidenti Abdulla Yamin Abdul Qəyyum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Maldiv Hökuməti, xalqı və öz adımdan Respublika Günü münasibətilə Zati-alilərinizi, Azərbaycan Hökumətini və xalqını səmimi qəlbdən salamlayır və xoş arzularımı bildirirəm.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı inkişaf arzu edirəm".
X X X
Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"28 May - Respublika Günü münasibətilə Sizə Əfqanıstan xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.
Əminəm ki, Əfqanıstan ilə Azərbaycan arasında dərin tarixi, mədəni və qarşılıqlı maraqlara əsaslanan əlaqələr gələcəkdə bütün sahələrdə daha da möhkəmlənəcək və inkişaf edəcək.
Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və müvəffəqiyyət, dost Azərbaycan xalqına isə tərəqqi arzu edirəm".
X X X
Bəhreynin Kralı Həməd bin İsa Al-Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Dost ölkənizin milli günü münasibətilə Zati-alinizə şəxsən öz adımdan və Bəhreyn Krallığının xalqı adından səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Fürsətdən istifadə edərək, şəxsən Zati-alinizə ən səmimi və xoş arzularımı çatdırır, Sizə cansağlığı və xoşbəxtlik arzulayır, xalqınıza isə müdrik rəhbərliyiniz altında davamlı tərəqqi və firavanlıq diləyirəm".
X X X
Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Mulatu Teşome Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Efiopiya Federativ Demokratik Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan Zati-alinizə və Sizin şəxsinizdə Azərbaycan xalqına və hökumətinə ölkənizin milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi çatdırıram.
Afrikanın diplomatik paytaxtı Əddis-Əbəbədə Azərbaycan səfirliyinin açılması barədə qərarınıza görə Zati-alinizə təşəkkürümü bildirirəm. Azərbaycan səfirliyinin tam şəkildə fəaliyyətini həyata keçirməsindən məmnunluq hissi duyuruq. Əminik ki, bu, qarşıdan gələn illər ərzində ikitərəfli münasibətlərimizin daha da gücləndirilməsi istiqamətindəki səylərimizə yardım edəcək.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına tərəqqi və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm".
X X X
Qətər Dövlətinin Əmiri Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Zati-aliləri,
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və Sizin şəxsinizdə Azərbaycan xalqına Qətər dövlətinin xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam.
Bu xoş fürsətdən istifadə edərək Sizə ən səmimi salamlarımı çatdırır, Zati-alinizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına daha böyük uğurlar və tərəqqi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da güclənməsini arzu edirəm".
X X X
Bruneyin Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Zati-aliləri,
Sizi salamlayır, Ulu Tanrıdan Sizə xeyir və bərəkət arzulayıram.
Respublika Günü münasibətilə Sizə, Azərbaycan Respublikasının Hökumətinə və xalqına ən səmimi təbriklərimi göndərməkdən məmnunluq duyuram.
Sizə və xalqınıza xoşbəxtlik və rifah arzulayıram. Ölkələrimiz arasında ikitərəfli dostluğu, habelə beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə olan marağı yüksək qiymətləndirirəm.
Uca Allah Sizə və Azərbaycan xalqına tərəqqi və rifah bəxş etsin".
X X X
Moldova Respublikasının Prezidenti Nikolaye Timofti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Zati-aliləri,
Milli bayramınız - Respublika Günü münasibətilə bütün Moldova Respublikası xalqı adından və şəxsən öz adımdan Azərbaycan xalqına sülh və daha da çiçəklənmək arzuları ilə Sizi səmimi qəlbdən təbrik etməkdən xüsusi məmnunluq duyuram.
Qəti əminliyimi bildirirəm ki, dövlətlərimiz arasında dostluq və qarşılıqlı anlaşma münasibətlərinin ənənəvi əsası olan ikitərəfli dialoq Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın iki ölkənin və xalqın rifahı naminə daha da inkişaf etməsinə və genişlənməsinə kömək edəcək.
Zati-aliləri, Bakıya qarşıdakı səfərim ilə əlaqədar Sizinlə tezliklə görüşəcəyimə ümid bəsləyir, Sizə möhkəm cansağlığı və məsul dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edir, dərin ehtiramımı bildirirəm".
Milli.Az