Moskvada keçiriləcək Əfqanıstanla bağlı toplantıya “Taliban” da dəvət edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov açıqlama verib. O bildirib ki, hələlik “Taliban” dəvətə cavab verməyib.Lavrovun sözlərinə görə, toplantıya dəvət edilən digər ölkələrin nümayəndələri müsbət cavab verib.
“Ümid edirəm ki, “Taliban” bu toplantının önəmini anlayır” deyən Lavrov, Əfqanıstana dəstək məqsədilə bir sıra addımların atılacağını ifadə edib.