Millimiz Sumqayıtda rüsvay oldu

Azərbaycanın U-21 millisi Avro-2023-ün seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Metbuat.az xəbər verir ki, Milan Obradoviçin kollektivi A qrupundakı 4-cü matçında Xorvatiya ilə üz-üzə gəlib.

Sumqayıtdakı "Kapital Bank Arena"da keçirilən qarşılaşma millimizin böyük hesablı məğlubiyyəti ilə yekunlaşıb - 1:5.

Qeyd edək ki, U-21 millimiz keçirdiyi 4 oyundan sonra yalnız bir xal qazana bilib.

AVRO-2023-ün seçmə mərhələsi

12 oktyabr

20:30. Azərbaycan – Xorvatiya - 1:5

Qollar: Musa Qurbanlı, 55-pen. - Simiç, 9 , 14, 44, Soldo, 25 , D.Kolina, 81

Qırmızı vərəqə: Turan Vəlizadə, 70 (Azərbaycan)

Baş hakim: Ondrjey Berka (Çexiya)

Sumqayıt. “Kapital Bank Arena”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR