"Politico": Pentaqon Özbəkistanla hərbi bazaların istifadəsini

"Pentaqon Özbəkistanla antiterror qüvvələrinin yerləşdirilməsini müzakirə etmək istəyir".

Metbuat.az xəbər verir ki, bu barədə "Politico" nəşri bildirib. Nəşr yazır ki, müzakirələrdə antiterror qüvvələrinin yerləşdirilməsi ehtimalı gündəmdə olacaq. Belə bir razılaşma ABŞ ordusunun Əfqanıstandakı hədəfləri daha yaxşı müşahidə etməsinə və vurmasına imkan verəcək.

Bir müddət əvvəl Co Bayden administrasiyası Əfqanıstanla həmsərhəd olan ölkələrlə bu cür razılaşmaları müzakirə etmək istədiyini açıqlasa da, lakin konkret nəticələr barədə heç nə deyilməyib. Qeyd edək ki, Birləşmiş Ştatlar Əfqanıstanda 20 illik mövcudluğundan sonra avqust ayında qoşunlarını çıxarıb.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR