Laboratoriyada süni qəhvə yetişdirdilər -

Finlandiyalı elm adamları, bioreaktorda ilk dəfə qəhvə hüceyrələri istehsal etməyi bacarıblar. Tədqiqatçılar hazırladıqları qəhvənin ənənəvi dad və qoxuya malik olduğunu qeyd ediblər.

Metbuat.az xəbər verir ki, qoxu və dad baxımından adi qəhvəyə bənzəyən laboratoriya qəhvəsi, xüsusi avadanlıqlarla mütəxəssislərin nəzarəti altında yetişdirilib. Alimlər fikirləşirlər ki, çay və sudan sonra dünyanın ən çox istehlak edilən üçüncü içkisi olan qəhvənin yeni üsulla yetişdirilməsi qəhvə sənayesi inkişafı üçün müsbət addım olacaq.

"İlk dəfə süni qəhvə içmək təcrübəsi həyəcan verici oldu. Düşünürəm ki, istehsalı sürətləndirmək və tənzimləyici razılıq almaqdan ötrü bizə cəmi dörd il lazımdır" deyən alimlər laboratoriya qəhvəsinin tezliklə insanların gündəlik həyatına yol tapa biləcəyini vurğulayıblar.

Yakın gelecekte raflardaki yerini alacak: Finlandiyalı bilim insanları laboratuvarda ilk kez kahve üretti - 7


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR