Azərbaycanın ən gözəl qadını seçildi -

Hər il baş tutan milli gözəllik yarışması “Miss & Mister Azerbaijan-2021” çəkimləri yekunlaşıb.

Metbuat.az SİA-ya istinadən xəbər verir ki, bu il "Miss & Mister Azerbaijan-2021" müsabiqəsinin qalibi model Milan Babayeva ilin ən gözəl qadını ünvanına layiq görülüb.

Modelin şəkilləri sosial şəbəkəsi üzərindən paylaşılıb, bir çox sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid atəşinə tutulub. Azərbaycanın ən gözəl qadını ünvanına layiq olmadığını, ondan daha gözəlləri olduğunu şərh ediblər.

Milan Babayevanın şəkillərini təqdim edirik.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR