Yolçu Xanvəli vəfat etdi

Bu gün Azərbaycanın tanınmış jurnalisti Yolçu Xanvəli dünyasını dəyişib.

Metbuat.az “missiya.az”a istinadən xəbər verir ki, bu barədə onun oğlu Heydər Həsənli məlumat verib.

Jurnalist bir neçə gün əvvəl infarkt keçirmişdi. O, 5 Saylı Xəstəxanada müalicə olunurdu.

Yolçu Xanvəli 1963-cü ildə anadan olub. O, “Respublika” qəzetinin redaktor müavini, Dövlət Baytarlıq Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri vəzifələrində çalışıb.

Bundan başqa, Aqrar Xidmətlər Agentliyinin mətbuatla əlaqələr şöbəsində məsul vəzifə tutub.

Qeyd edək ki, Yolçu Xanvəlinin oğlu Heydər Həsənli Missiya TV-nin texniki direktorudur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR