“Rusiya hələlik “Taliban”ı rəsmi olaraq tanımayacaq”.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov açıqlama verib. O bildirib ki, Rusiya “Taliban”ın Əfqanıstanla bağlı verdiyi vədləri yerinə yetirməsini gözləyir. Lavrovun sözlərinə görə, Rusiya “Taliban”ı tanımasa da, onunla əlaqələri dayandırmayacaq.

Qeyd edək ki, Moskvada Əfqanıstanla bağlı toplantı keçiriləcək.