Haitidə silahlılar amerikalı 17 missioneri qaçırıb.

Metbuat.az xəbər verir ki, bu barədə silahlılar sosial mediada video yayımlayıb. Onlar hər bir şəxs üçün 1 milyon dollar tələb edir. Onlardan 1-i kanadalı, 16-sı isə ABŞ vətəndaşıdır.

Açıqlamada bildirilir ki, onlar dəstə üzvlərinin öldürülməsi qarşılığında belə addım atıblar.