"Taliban"dan YENİ AÇIQLAMA:

"Əfqanıstanın keçmiş hökumətinin süqutu vətəndaşların maraqlarına cavab vermədi və ölkəyə ziyan vurdu".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı "Taliban"ın sözçüsü və müvəqqəti hökumətin mədəniyyət və informasiya nazirinin müavini Zabiullah Mücahid "Tolo News"a müsahibəsində deyib .

"Hesab edirəm ki, bu, Əfqanıstana ziyan vurdu, çünki müharibə dayandırılsaydı və biz konstruktiv danışıqlara başlaya bilsəydik, vəziyyət indiki vəziyyətdən daha fərqli olacaqdı. Nəticədə insanların ölkədən qaçmasının qarşısını almaq olardı" deyə Mücahid qeyd edib. Onun sözlərinə görə, hazırkı nazirlər kabinetində hələ də bəzi dəyişikliklər ola bilər, lakin Əfqanıstanın yeni hökumətinin müəyyən üzvlərinə qarşı başqa ölkələrin qəzəblənməsi yolverilməzdir.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR