Çin hərbçilərinə YENİ TƏLİMAT: Silahdan istifadə edin

Çin ordusuna ölkə sərhədini qanunsuz yollarla keçənlərə qarşı silahdan istifadə edilməsinə icazə verilib.

Metbuat.az xəbər verir ki, Çin Milli Xalq Konqresinin Daimi Komitəsi sərhədlərin təhlükəsizliyinə dair yeni sənəd qəbul edib. Bildirilir ki, 2022-ci ilin yanvar ayında qüvvəyə minəcək. Sənəd 62 maddədən ibarətdir. Maddələrin hamısı sərhədin təhlükəsizliyinin gücləndirilməsinə aiddir. Sənəddə qeyd edilir ki, təhlükə yaranarsa sərhəd dərhal bağlana bilər.

Yerli mənbələr yazır ki, Çin hökuməti xüsusilə Hindistan və Əfqanıstanla bağlı vəziyyətdən narahatdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR