Şahmatçılarımızın üçündən QƏLƏBƏ

Azərbaycan şahmatçıları Rauf Məmmədov, Nicat Abbasov, Vasif Durarbəyli və Aydın Süleymanlı Latviyanın paytaxtı Riqada təşkil olunan "Grand Swiss 2021" turnirində ikinci görüşlərini keçiriblər.

Metbuat.az xəbər verir ki, Abbasov latviyalı Nikita Meşkovsa, Məmmədov isə rusiyalı Mixail Antipova qalib gəlib.

Bu tur eyni zamanda Süleymanlı və Durarbəyli arasında Azərbaycan dueli ilə əlamətdar olub. Görüş ikincinin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Grand Swiss" turnirinə noyabrın 8-də yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR