Türkiyə və ABŞ arasında baş tutan F-35 təyyarələri ilə bağlı son görüş zamanı Ankara 3 şərt irəli sürüb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə ya F-35 proqramına geri qaytarılmasını, ya testlərdən keçən 6 F-35 təyyarəsinin verilməsini ya da təyyarələr üçün ödənilən 1,4 milyard dolların geri qaytarılmasını tələb edib. Bildirilir ki, ABŞ bu şərtlərdən birini qəbul etməzsə, Ankara təyyarələri Rusiyadan alacaq. Türkiyə mətbuatı yazır ki, Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Co Bayden arasında Qlazqo şəhərində baş tutan görüş zamanı bu məsələ müzakirə ediləcək.

Bayden ABŞ-ın qəti mövqeyini açıqlamalıdır. Tərəflər həmçinin Suriyada, Aralıq dənizinin şərqində və Əfqanıstandakı son vəziyyəti, həmçinin iqtisadi məsələləri müzakirə edəcək.