Yaponiya və “Taliban” arasında ilk dəfə yüksək rütbəli nümayəndələrin iştirakı ilə görüş baş tutub.

Metbuat.az xəbər verir ki, Yaponiyanın Kabildəki səfiri Takaşi Okada “Taliban” hökumətinin Xarici İşlər naziri vəzifəsini icra edən Amir Xan Muttaki bir araya gəlib. Görüş zamanı səfir “Taliban”dan Yaponiyanın Əfqanıstana humanitar yardım etməsi üçün şərait yaradılması istəyib.

Həmçinin, “Taliban”dan Əfqanıstandakı Yaponiya vətəndaşlarının təhlükəsizliyinin təmin olunması və təhlükəsiz şəkildə təxliyəsinə şərait yaradılması istənilib.