BMT Əfqanıstana yardım göndərməyə başlayıb.
Metbuat.az xəbər verir ki, humanitar yardımlar təyyarələrlə daşınır. BMT qış aylarında qaçqınlar çətinliklə üzləşdiyi üçün onlara dəstək olmağa qərar verib. Məlumata görə, Birləşmiş Ərəb Əmirliklərindən Əfqanıstana uçan təyyarədə 33 ton yük var.
Hər ailəyə bir bağlama veriləcək. Bağlamada qış şərtlərinə hazırlıq üçün ləvazimatlar var.