"Qarabağ" "Sumqayıt"ın, "Qəbələ" "Səbail"in qonağı olacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X turun növbəti oyunları keçiriləcək.

Metbuat.az-ın məlumatına görə, "Zəfər turu"na iki qarşılaşma ilə yekun vurulacaq.

Günün ilk matçında "Səbail" "Qəbələ"ni qəbul edəcək. Paytaxt klubu 9 xalla 7-ci, əyalət təmsilçisi 15 xalla 4-cü pillədə qərarlaşıb. Komandalar Premyer Liqada indiyədək 16 dəfə üz-üzə gəliblər. Bunların 7 də qonaqlar, 4 də isə "dənizçilər" meydanı 3 xalla tərk edib. Topların fərqində də "qırmızı-qaralar"ın aşkar üstünlüyü var - 29:16.

Tura "Sumqayıt" - "Qarabağ" görüşü ilə yekun vurulacaq. Ağdam klubu 20 xalla liderdir, "gənclik şəhəri" təmsilçisi 11 xalla 5-ci yerdədir. Tərəflər ölkə çempionatlarında 36 dəfə qarşılaşıblar. Meydan sahibləri 5, qonaqlar isə 26 qələbə qazanıb. 5 oyunda isə qalib müəyyənləşməyib. "Qarabağ" son 6 oyundur rəqibinə uduzmur. “Sumqayıt” isə son üç ev matçında xal qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR