Sudanda toqquşma: Polis etirazçılara müdaxilə etdi

Sudanın paytaxtı Xartumda polis hərbi çevrilişə qarşı aksiya təşkil edən etirazçılara müdaxilə edib.

Metbuat.az xəbər verir ki, polis göz yaşardıcı qazdan istifadə edib. Çox sayda etirazçı nəzarətə götürülüb. Həmçinin polis etirazçıları dağıtmaq üçün xəbərdarlıq atəşi açıb.

Qeyd edək ki, oktyabr ayının 25-də Sudanda növbəti dəfə hərbi çevriliş olub. Çevrilişdən sonra ölkədə etriaz aksiyaları başlayıb. Hərbçilər fövqəladə vəziyyət elan etsə də, sakinlər əməl etmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR