Lukaşenko sərhəddəki vəziyyətdən danışdı: Mafiyanın işidir

“Belarus - Polşa sərhədindəki qanunsuz qaçqın hərakatını aralarında müxtəlif ölkə vətəndaşlarının olduğu mafiya qruplaşmaları həyata keçirir”.

Metbuat.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko belə açıqlama verib. O bildirib ki, qaçqınların müxtəlif ölkələrdən keçməsini təmin edərək, Avropaya göndərilməsini təşkil etmək təhlükəli addımdır. Onun sözlərinə görə, hazırda Əfqanıstandan qaçqın axını artıb:

“Əfqanlar Mərkəzi Asiya ölkələri, Rusiya və Belarus üzərindən gedirlər. Təkcə bu istiqamətdən deyil Ukrayna vasitəsi ilə də keçirlər. Lakin Ukrayna özlərinin olduğu üçün Avropa səssiz qalır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR