“Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirəndən sonra hər gün 4-5 min əfqan mühacir İrana keçir.

Metbuat.az xəbər verir ki, bu barədə Norveç Qaçqınlar Şurasının rəhbəri Jan Egeland açıqlama verib. O, Kirman əyalətinə gedərək, əfqan qaçqınlarla görüşüb. Ardınca Tehrana gələn Egelan vəziyyət barədə fikirlərini səsləndirib. O bildirib ki, İranda hazırda 3,5 milyon əfqan qaçqın var.

İranın iqtisadi vəziyyətinə diqqət çəkən Egeland, qaçqınlara humanitar yardım edilməsi üçün beynəlxalq qurumlara çağırış edib.