Haiti prezidenti Jovenel Moizə sui-qəsd törəməkdə ittiham edilən Samir Handal adlı şübhəli İstanbulda yaxalanıb.

Metbuat.az xəbər verir ki, İnterpol tərəfindən axtarışda olan şəxs hava limanında saxlanılıb. O, Türkiyədən keçməklə ABŞ-dan İordaniyaya səfər edirmiş.

Qeyd edək ki, 5 ay əvvəl Haiti prezidenti Jovenel Moiz evində bir qrup silahlılar tərəfindən öldürülüb.