Türkiyədən böyük uğur: Sualtı raketlər orduya təhvil verilir

Türkiyə sualtı raketlərin ərsəyə gətirilməsi istiqamətində böyük uğur əldə edib.

Metbuat.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, raketlər (torpedo) artıq hazır olmaq üzrədir. Gələn il raketin ilk sınaqları həyata keçiriləcək. Məlumatlara görə, raketlər ağır və yüngül olmaqla iki növdə hazırlanır.

Məlumata görə, raketlərin Türkiyə donanmasına təhvil verilməsi ordu üçün böyük üstünlük təşkil edəcək. Qeyd edək ki, torpedo suyun altı və üstü ilə hərəkə edə bilən raketdir. Hərbi gəmilərdən və sualtı qayıqlardan atıla bilən raketlər, xüsusi qurğuları vasitəsilə irəliləyərək hədəfə çatır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR