"Taliban"dan ABŞ-a xəbərdarlıq: Qadağaları ləğv edin

“ABŞ-ın Əfqanıstanın maliyyə ehtiyatlarına tətbiq etdiyi qadağalar Kabildə böyük narahatlıq yaradır”.

Metbuat.az xəbər verir ki, “Taliban” hökumətinin xarici işlər naziri postunu icra edən Əmirhan Muttaki belə açıqlama verib. O bildirib ki, ABŞ Əfqanıstanın maliyyə hesabları üzərindəki qadağanı qaldırmalıdır.

Muttakinin sözlərinə görə, Vaşinqton qadağanı qaldırmasa hökumət və xalq çətin vəziyyətlə üzləşəcək. Bu həmçinin qaçqın axınına səbəb olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR