Şəmkirdə körpüdən asılı qalan avtomobildəki sürücü belə xilas edildi -

Bu gün gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şəmkir rayonu ərazisində baş vermiş yol-nəqliyyat qəzası nəticəsində içərisində bir nəfərin olduğu avtomobilin körpüdən asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Metbuat.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, məlumat əsasında nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 1991-ci il təvəllüdlü Rüstəmov Orxan Əvəz oğlunun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobilinin körpü üzərində qəzaya uğradığı və nəticədə vətəndaş içərisində olmaqla avtomobilin körpüdən asılı vəziyyətdə qaldığı müəyyən edilib.

Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə avadanlıqlarından istifadə etməklə vətəndaşı avtomobildən çıxararaq xilas ediblər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR