"Qızımın 19 yaşı var, ona qadağalarım var, hər istədiyini edə bilməz" -

"Bizim bəyənmədiyimiz musiqiyə kütlə qulaq asır. Siz də deyirsiniz ki, yaxşı deyil. Kütlə nə edəcək? Səni söyəcək. Kütlə qulaq asırsa, deməli yaxşıdır. Hətta bayağı dediyimiz musiqidə elə olur ki, səni tərpədir. Gərək insan kişi kimi boynuna alsın".

Metbuat.az xəbər verir ki, bu sözləri "MTV Azərbaycan" telekanalında yayımlanan "Üzə-düz" verilişinə qonaq olan müğənni Vasif Məhərrəmli deyib. İfaçı verilişdə bir çox məqamlara aydınlıq gətirib. O, bayağı musiqiyə münasibətini bildirib:

"Bayağı dediyimiz səsdə yanğı var. Bunun da şahidi oluruq. Xalqı aldatmaq olmaz. Xalq özü hər şeyi əla bilir. Belə də davam eləsin qoy. Nəyə istəyirlər, ona da qoy qulaq assınlar. Sadəcə musiqiyə peşəkar yanaşma var. Yəni, bir musiqidə o harmoniya yoxdursa, o peşəkarlar tərəfindən musiqi sayılmır. Axı bayağı musiqinin bir meyarı da yoxdur, onu analiz stəkanına salıb çıxarıb yoxlayasan ki, qızarıb yoxsa yaşıl olub. Bir məsələ də var. O tərz ifalar həmişə, 50-ci, 60-cı illərdə də olub. Ad çəkməyəcəm. Çox müğənnilər gəlib xalq artisti oldular. Hansı ki, o bayağıdan gəlmişdilər. Baxanlar biləcək ki, söhbət kim və nədən gedir. Onların sayı çoxdur və bizim musiqimizə heç nə olmadı!”.

İfaçı valideyn olmağın məsuliyyətindən danışıb, ailəsindən nümunə gətirib:

“Qız ya oğlan atası olmağın hər ikisinin məsuliyyəti, çətinliyi var. Bu gün elə bir dönəmdə yaşayırıq ki, qızın qız, oğlanın oğlan problemi var. Qızı qız kimi göz bəbəyi kimi qorumalısan, oğlanı ondan betər. Zamanında uşaqları 2-3 ay kəndə qoyub gəlirdik. Bu gün 3 azyaşlının bir yerdə oynaması artıq bir problem olub. Bir ata kimi mən uşağımı Qazaxda qoyub gəlmərəm. Nənəsi göz bəbəyi kimi qorusa da. Hamıya da onu tövsiyyə edirəm. 3 yaşlı uşaq balkondan düşdü. Niyə də?! Ananın başı qarışıb telefona, qeybət-söhbət, uşaq düşdü balkondan. Uşaq yaddan çıxdı. Təbii ki, ana fəryad edəcək, o da bunu istəməyəcək. Sadəcə bu məsuliyyətsizlikdir. Qızım Əfşanın 19 yaşı var, ağıllı qızdır amma təbii ki, ona qadağalarım var, olacaq. O özünün hər istədiyini edə bilməz. Çalışıram çox üstünə getməyim. Arada hiss edirəm ki, xətrinə dəyirəm. Ata qızı üçün yaxşısını istəyər, o da bunu zamanla başa düşəcək. Ata dediyin yaxşı olmalıdır. O ata uşağını qoyub, vecinə almayıb, təyyarəyə oturub gedirsə, ona ata deməyin. Ata sözünü ordan götürün. O sadəcə o uşağı dünyaya gətirən məhfumdur. Bir ana uşağını dünyaya gətirib, ordan gedirsə, o ananın qarnına qazan kimi batıb. O ana, ana deyil. Sadəcə qazan rolunu oynayıb. Bətnində 9 ay saxlamağa nə var ki? Hər şey ondan sonra başlayır elə... ”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR