Aclıq aksiyası keçirən Saakaşvilidən üzücü xəbər - Həkimlər açıqladı

Həbsxanada 48 gündür aclıq aksiyası keçirən Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin vəziyyəti kritikdir.

Metbuat.az xəbər verir ki, bu barədə Saakaşvilini müayinə edən həkim qrupu açıqlama verib. Hüquq müdafiəçisi Nino Lomjaria tərəfindən bir araya gətirilən həkimlər həbsxanada Saakaşvilini müayinə edib. Onlar bildiriblər ki, Saakaşvili dərhal xəstəxanaya yerləşdirilməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR