Taliban İŞİD-i dayandıra bilmir -

Birləşmiş Millətlər Təşkilatı (BMT) Əfqanıstanda hakimiyyəti ələ keçirən Talibanın ölkədə İŞİD-in böyüməsini dayandıra bilməyəcəyi barədə xəbərdarlıq edib.

Metbuat.az xəbər verir ki, bu barədə təşkilatın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Debora Lions danışıb.

“Əvvəllər bir neçə yerdə və paytaxtda olan İŞİD indi demək olar ki, bütün əyalətlərdədir və getdikcə aktivləşir”, - deyə Lions BMT Təhlükəsizlik Şurasına bildirib.

Talibanın İŞİD-lə əlaqəli olduğu ehtimal olunan şəxsləri saxladığına və ya öldürdüyünə diqqət çəkən Lions bildirib ki, hərəkat İŞİD-in Əfqanıstanda böyüməsini dayandıra bilməz.

İŞİD-in Əfqanıstanda da hücumlarını artırdığını bildirən Lions keçən il 60-a yaxın hücum təşkil edən təşkilatın bu il 334 hücum təşkil etdiyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR