Ermənistan Müdafiə Nazirliyi son döyüşlərdəki itkilərini

Ermənistan Müdafiə Nazirliyi noyabrın 16-da Azərbaycanla dövlət sərhədində törətdikləri təxribat nəticəsində 6 hərbçinin öldüyünü etiraf edib.

Metbuat.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, sərhəddə təxribat törədən zaman Azərbaycan Ordusu tərəfindən məhv edilən erməni hərbçilər aşağıdakılardır:

Baş leytenant Taron Saakyan

Müqavilə əsasında orduda xidmət edənlər:

Merjun Arutyunyan

Qurgen Sarkisyan

Artur Martirosyan

David Amiryan.

Zərərsizləşdirilən altıncı hərbçinin adı açıqlanmayıb. Onun kimliyi dəqiqləşdirilir.

Məlumat üçün bildirək ki, daha əvvəl Ermənistan Müdafiə Nazirliyi həmin hadisə nəticəsində 24 hərbçisinin itkin düşdüyünü, 13-nün isə əsir götürldüyünü bildirmişdi. Qeyd olunub ki, cümə günü saat 10:00-dan başlayaraq Ermənistan-Azərbaycan sərhədində vəziyyət sabitləşib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR