Əfqanıstanın Cəlalabad şəhərində naməlum silahlılar 5 “Taliban” üzvünü öldürüb.

Metbuat.az xəbər verir ki, iki silahlı şəxs "Taliban"a məxsus "Corolla" markalı avtomobilə hücum edərək beş “talibanı” öldürüb.

Məlumatda hücum edənlərin qaçdıqları bildirilir.

Hücum Əfqanıstan Milli Təhlükəsizlik İdarəsinin yaxınlığında baş verib.