Sudanda bəzi siyasətçilər sərbəst buraxıldı

Sudanda 1 ay əvvəl hərbi çevriliş zamanı girov götürülən 4 siyasətçi sərbəst buraxıb.

Metbuat.az xəbər verir ki, onların arasında Baş nazirin köməkçisi də var. Yerli mənbələrin məlumatına görə, hələ girovda saxlanılan çox sayda tanınmış şəxs var.

Qeyd edək ki, oktyabr ayının 25-də ordu komandanı Əbdulfəttah əl-Burhan fövqəladə vəziyyət elan etmişdi. Həmçinin hökumət ləğv edilmişdi. Hərbi çevrilişdən sonra ölkənin tanınmış siyasətçiləri, hökumət və dövlətdə təmsil olunan şəxslər girov götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR