Əfqanıstanda “Taliban” hökuməti televiziyaların hansı istiqamətdə fəaliyyət göstərəcəyinə dair şərtlər hazırlayıb.
Metbuat.az xəbər verir ki, yeni qaydalar bütün televiziyalara göndərilib. Məlumata görə, yeni qaydalarda qadın aparıcıların hicaba riayət etməli olduğu qeyd edilib. Həmçinin qadın aktrisaların yer aldığı film və teatr səhnələr İslam qaydalarına və Əfqanıstan qanunlarına zidd olmamalıdır. Qaydaları pozan filmlər efirə buraxıla bilməz. Bundan əlavə, şəxsləri təhqir edən proqramlar dayandırılacaq.
Qeyd edək ki, “Taliban” 1990-cu ildə hakmiyyətdə olarkən bütün televiziyaların fəaliyyəti dayandırılmışdı.