Əfqanıstanın şimal-qərbindəki Tahar əyalətində minanın partlaması nəticəsində azyaşlılar dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə rəsmilərdən biri məlumat yayıb.

Talukan şəhərində baş vermiş hadisə nəticəsində 5 uşaq həlak olub. Bir qrup azyaşlı partlayıcı qurğunu satış məqsədi ilə şəhərə aparmaq istəyərkən mina partlayıb.