Britaniyanın Baş Qərargah rəisi Nik Karter vəzifəsindən istefa verib.

Metbuat.az-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu vəzifədə üç ildən çox işlədikdən sonra general Nik Karter sonuncu dəfə müdafiə qərargahını müdafiə qərargahının rəisi kimi tərk etdi”, - nazirliyin məlumatında deyilir.

Qeyd edək ki, Karter, 2021-ci ilin avqustunda Əfqanıstandan təxliyənin aparılmasında iştirak edib.