Xəbər verdiyimiz kimi, dünən Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində 14 hərbi qulluqçumuz şəhid olub, 2 nəfər yaralanıb.

Metbuat.az xəbər verir ki, hadisə zamanı yaralanan polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu Real tv- yə danışıb.