Azərbaycanda dəhşətli hadisə:Polis ailəsi ilə birgə yanaraq öldü -

Ağcabədi rayonunun Hindarx qəsəbəsində fərdi evdə yanğın qeydə alınıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə baş verən evdə 3 nəfər yanaraq ölüb. Bunlar 1991-ci il təvəllüdlü Kərimov Miri Firdovsi oğlu, bir yaş yarımlıq Kərimov Pünhan Miri oğlu və Kərimova Nailə İsa qızıdır. Həlak olanlar bir ailənin üzvləridir. Kərimov Miri post patrul xidmətinin komandiridir.

FHN-nin Ağdam və Ağcabədi rayonlarının yanğından mühafizə bölməsinin maşını və əməkdaşları və FHN- Qarabağ Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Yanğın söndürülüb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR