İran sərhədində nə baş verib? - Atışma buna görə başlayıb:

Əfqanıstanla sərhəddə İran ordusu ilə “Taliban” arasında baş verən toqquşma dayanıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Etimad” nəşri məlumat yayıb. İran XİN sözçüsü Səid Xətibzadə də döyüşlərin iki ölkə arasında təmaslardan sonra dayandığını bildirib. Məlumata görə, toqquşma zamanı tərəflər ağır silahlardan istifadə ediblər. Nimroz əyalətində baş verən toqquşma zamanı tərəflərin itkiləri barədə məlumat verilmir. Tehranın iddiasına görə, atəş “Taliban” tərəfindən başlayıb.

“Taliban” İran fermerlərinin sərhədi keçmək istəməsinə silahla qarşılıq verib. Tehran sərhəd-keçid məntəqələrinin “Talibanın” nəzarətinə keçməsi barədə məlumatı təkzib edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR