Neft daşlarında itkin düşən əməkdaşla bağlı

Xəbər verdiyimiz kimi, bu gün Neft daşlarında elektrik kimi çalışan əməkdaşlardan biri itkin düşüb.

Metbuat.az xəbər verir ki, itkin ilə bağlı SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov açıqlama verib. Onun sözlərinə görə, Mürsəl Namazov dekabrın 1-i gecə növbəsində işləyərkən, sonuncu dəfə saat 5.45 radələrində iş yerində görünüb. Daha sonra onu görən olmayıb.

"Meydançanın perimetri boyu, eləcə də onun yaşadığı yataqxanada axtarış aparılmış, axtarış işlərini davam etdirmək üçün sahəyə dərhal gəmilər və dalğıclar çağırılmışdır. Dəniz üzərindən üçan helikopterlərə də dənizin səthini daim nəzarətdə saxlamaq göstərişi verilib. Dünən hava şəraiti və dənizdə küləyin güclənməsi ilə əlaqədar axtarış işləri məcburən dayandırılsa da, hazırda dənizdə axtarış işlərinin davam etdirilməsinə cəhd olunur".

Qeyd edək ki, Namazov Mürsəl Həsənəli oğlunun vəzifəsi elektrik montyorudur, 1972-ci il təvəllüdlü, ailəlidir, iki oğlu var. İbrahim Əhmədov onu da qeyd edib ki, SOCAR itkin düşən əməkdaşın ailəsini diqqətdə saxlayır.

"Əməkdaşlarımız onlara mənəvi dəstək göstərməyə çalışırlar. İtkin düşən həmkarımızın ailəsinə Allahdan ümid və səbr diləyirəm. Axtarış davam edir".

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR