Virusun yeni ştamına peyvənd olunan insanlar da yoluxa bilər -

Koronavirusun dünyanı narahat edən "Omicron" variantına vaksin vurduran insanlar da yoluxa bilər.

Metbuat.az xəbər verir ki, bunu COVID-19-a qarşı “BioNTech” vaksinini kəşf edən türkiyəli alim Uğur Şahin deyib.

O qeyd edib ki, yaxın günlərdə virusun bu ştamı ilə bağlı dəqiq məlumatlar ictimaiyyətə məlum olacaq:

"Bu ştama peyvənd olunan və daha əvvəl koronavirusa yoluxmuş insanlar yoluxa bilər. Bu, aydındır. Lakin yeni ştamın xəstə insanlara necə təsir edəcəyini dəqiq bilmirik. Bir neçə həftə ərzində yeni variantın real nəticələrini öyrənəcəyik. Ən mühüm fakt odur ki, peyvəndlər bütün variantların yaratdığı ciddi xəstəliklərdən qoruyacaq səviyyədədir", - deyə o qeyd edib.

Alim vurğulayıb ki, yeni bir peyvəndə hələ ki ehtiyac yoxdur.

"Bizə yeni vaksinlərin nə zaman lazım olacağını bilmirik. Bütün güclərimizi mövcud vaksinlərin üzərində cəmləşdirməliyik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR