​ADMİU-nun tələbə və müəllimləri LDU-da -

Lənkəran Dövlət Universiteti ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında bu il oktyabrın 25-dəimzalanan Anlaşma Memorandumuna əsasənADMİU-nun rektoru, professor Ceyran xanımMahmudova başda olmaqla universitetinbir qrup müəllim və tələbə heyəti LDU-da növbətiiki günlük səfərdə olublar.

Metbuat.az xəbər verir ki, LDU-nun rektoru, professor Natiq İbrahimov ADMİU-dan gələn nümayəndə heyətinə universitet, burada tədris olunan ixtisaslar barədə ətraflıməlumat verərək bildirib ki, musiqi və təsviri incəsənət müəllimliyi ixtisasları üzrə ADMİU ilə birgə tələbə hazırlığı LDU-nun tələbə və müəllimləri üçün faydalı olacaq. Bu səbəbdən də LDU ADMİU-nun bu ixtisaslar üzrə tədris planlarını tədbiq etmək, tələbə-müəllim mübadiləsini həyata keçirmək, bu sənət ocağının böyük təcrübəsindən yararlanmaq niyyətindədir.

Yaracılıqsəfəri çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimlərindənrespublikanınəməkdarrəssamı Vüqar Əli və Asim Bayramov LDU-nun Təsviri incəsənət müəllimliyi ixtisasında təhsil alan tələbələrə rəngkarlıq və boyakarlıqdan ustad dərsləri keçiblər.

ADMİU-nunTeatr sənəti fakültəsinin musiqili teatr aktyorluğu ixtisası üzrə IV tədris ili tələbələri səfərin birinci günü LDU-nun geniş Akt zalının səhnəsindəC.Məmmədquluzadənin“Danabaş kəndinin əhvalatları” povestinin motivləri əsasında hazırlanmış “Yol”tragikomediyasını təqdim ediblər. Kurs rəhbəri, resbublikanın əməkdar artisti Şövqi Hüseynovun quruluş verdiyi tamaşada rolları tələbələrdən Lalə Qarayeva, Böyükxanım Məmmədova, Ülvi Həşimov, Qüdrət Fətullayev, Zeynəb Babayeva, Kamran Şahverənov, İnci Fərəcova, Tural İbrahimov, Cavid Rzayev ifa ediblər. Tamaşanın musiqi tərtibatınıRüfət Xəlilovverib.

Səfərin ikinci günü isə tələbə aktyorlar italyan dramaturqu Daryo Fonun “Markofta” komediyasınıifa ediblər. Hər iki tamaşa anşlaqlakeçib və LDU-nun müəllim və tələbələri tərəfindən maraqla, sürəkli alğışlarlaqarşılanıb.

Tamaşanın sonunda Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov maraqlı və zənginsəfərproqramına, gözəl tamaşaya və ustad dərslərinə görə ADMİU-nunrektoru, professor Ceyran xanım Mahmudova başda olmaqla universitetin müəllim və tələbələrinə təşəkkürünü bildirərək belə yaradıcı görüşlərin hər iki tərəf üçün səmərəli olduğunudeyib.

İki universitet arasında əməkdaşlığın möhkəmləndirilməsində fəal iştiraka görə tələbə aktyorlara, onların kurs rəhbərlərinə, müəllimlərə LDU-nun “Təşəkkürnamə”ləri və xatirəhədiyyəsitəqdim edilib.

Öz növbəsində ADMİU-nunrektoru, professor Ceyran xanım Mahmudovasəmimi qarşılanmaya, yüksək qonaqpərvərliyə görə LDU-nun rektoru, professor Natiq İbrahimova minnətdarlıq edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)