Ağdam rayonunun ümumtəhsil məktəblərini 3 mindən artıq şagird başa vurub

Ağdam rayonunun ümumtəhsil məktəblərini 3 mindən artıq şagird başa vurub
04:18 30 May 2015
292 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağdam, 29 may, AZƏRTAC
Ağdam rayonunun ümumtəhsil müəssisələrində son zəng mərasimləri keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin, təhsil şöbəsinin, idarə, müəssisə və təşkilatların, yerli icra və bələdiyyə orqanlarının nümayəndələri, valideynlər son zəng mərasimlərində iştirak edərək məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.
Mərasimlərdə ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən və qazanılan uğurlardan danışılıb.
Qeyd edək ki, 2014-2015-ci tədris ilində rayonun 134 ümumtəhsil müəssisəsinin IX siniflərini 1650, XI siniflərini isə 1360 şagird bitirir.
 






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agdam_rayonunun_umumtehsil_mekteblerini_3_minden_artiq_sagird_basa_vurub-859300

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR