Əmr gözləyirlər: İrimiqyaslı hücum, sürətli işğal... -

ABŞ amerikalıları Ukraynadan təxliyyə etmək üçün plan hazırlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə CNN televiziyası diplomatik mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə ABŞ təxliyə planını həyata keçirəcək. Məlumata görə, prezident Vladimir Putin Ukraynaya müdaxilə barədə qəti qərar verməyib. Lakin sürətli hücum üçün Ukrayna sərhədinə böyük hərbi qüvvə cəlb edilib. Bildirilir ki, təxliyyə planı Rusiyanın Ukraynaya hücum planına ABŞ-ın çox ciddi yanaşdığını deməyə əsas verir.

İddia edilir ki, ABŞ-ın indidən belə plan hazırlamasının səbəbi Əfqanıstanda üzləşdiyi çətinliklərdən dərs çıxarmasıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR