İşığı kəsilən şəxs “Azərişıq” əməkdaşının maşınını yandırdı

Lənkəran şəhərində vətəndaş onun işığını kəsən “Azərişığ”ın əməkdaşının maşınını yandırıb.

Metbuat.az xəbər verir ki, şəhər sakini Sabir Əliyev evinə qanunsuz əlavə elektrik xətti çəkib. “Azərişıq” əməkdaşı Rauf Kərimov da həmin xətti kəsərək bununla bağlı akt tərtib edib.

Vətəndaş bundan əsəbiləşərək Rauf Kərimova məxsus “VAZ 21015” markalı avtomobilin üzərinə benzin tökərək yandırıb.

DİN Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev saytımıza açıqlamasında bildirdi ki, aktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində araşdırma aparılır:

"Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR