Rusiya Türkiyəyə S-400 hava hücumundan müdafiə sistemlərinin yeni partiyasını göndərəcək.
Metbuat.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov belə açıqlama verib. O, tədarükün müqavilə əsasında yerinə yetiriləcəyini ifadə edib. Peskov Yunanıstanın ANT1 televiziyasına açıqlamasında bildirib ki, müdafiə sistemləri Afina üçün təhdid təşkil etmir.
Yunanıstan bunu təhdid kimi qəbul etməməlidir.