Sudanın Qərbi Darfu əyalətində qəbilələr arasında toqquşma zamanı 88 nəfər həlak olub.

Metbuat.az xəbər verir ki, 5 gün əvvəl başlayan qanlı toqquşmalar hələ indi nisbətən səngiyib. Hücumlar zamanı mülki vətəndaşlar hədəfə alınıb. Bəzi məntəqələrə od vurulub. Toqquşmalar nəticəsində yüzlərlə sakin köç edib. Ordu qüvvələri bölgəyə gəlib. Patrul xidməti həyata keçirilir.