Qurban Qurbanov “Qarabağ”ın sayılmayan qolundan danışdı

“Bəzən belə oyunlarda təcrübə daha çox kömək edir. İbrahima Vadji qol epizodlarını itirdiyi üçün çox əziyyət çəkdi. Ona irad bildirsəm, düzgün olmaz. Bu cür hallar mövsüm ərzində 3-4 oyunda olur. Ustalığı daha yüksək olsaydı, istifadə edərdi. Bununla belə, meydanda bütün gücünü ortaya qoydu. İlk dəfədir belə turnirdə iştirak edir. Onu qarşıdakı günlərdə daha yaxşı görəcəyik”.

Metbuat.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda “Bazel”ə 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, sayılmayan qol epizodunun komandasının çıxışına mənfi təsir etdiyini bildirib: "Sanki futbolçular bir az ruhdan düşdülər. Əslində matçdan öncə hakimliklə bağlı danışıb onların psixologiyasını yormaq istəmirdim. Amma qol sayılmadığı üçün meydanda ruh düşkünlüyü hiss olundu. Onları sakitləşdirməyə çalışdım. Bundan sonra daha ürəkli oynamağa başladılar. Artıq gecdir. İstərdim ki, nəinki bizim, heç bir komandanın haqqına girməsinlər. Çünki onlar ədaləti təmsil edirlər. Təəssüf ki, aralarında belələri də olur”.

Q.Qurbanovun sözlərinə görə, bu cür turnirlərdə kiçik bir səhv komandanın nəticəsini əlindən alır:

“Əfsuslar olsun ki, belə alındı. Bizim üçün rəqibin fərqi yoxdur. Bütün oyunlarda ədalətli hakimliyin olmasını istərdim”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR